
Türkiyə-İrəvan reysi nə üçün bağlanıb?
Türkiyə aprelin 24-nə olan İstanbul-İrəvan çarter reysini ləğv edib. Bunu Ermənistan Mülki Aviasiyasının Baş idarəsinin mətbuat katibi Ruben Qrdzelyan söyləyib.
Onun sözlərinə görə, Türkiyənin qeyri-hökumət təşkilatlarının bir sıra nümayəndələri 24 aprel qondarma erməni soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün İrəvana gəlmək niyyətində olub. Lakin bu uçuş Türkiyədə qondarma erməni soyqırımı məsələsi ətrafında qaldırılmış söz-söhbətdən sonra ləğv edilib. (axar)
Mediainfo.az
Digər xəbərlər