İŞİD-i kim yaradıb?

İŞİD-i kim yaradıb?

20 Aprel 2015 17:04
Bəyəndim (0) Bəyənmədim (0)

Səddam Hüseyn dövründə İraq hərbi kəşfiyyatının polkovniki olmuş Samir Əbd-Muhammed əl-Xəlifə İŞİD-in yaradıcısıdır.

ANS-in məlumatına görə, bu barədə "Der Spiegel" əl-Xəlifə tərəfindən tərtib edildiyi sənədlərə istinadən yazdığını bildirib. Nəşr iddia edir ki, əlyazma sənədində siyahılar, cədvəllər və Suriyanın şimal hissəsində xilafət yaradılması planı yer alıb.

31 səhifəli sənəddə əl-Xəlifənin ləqəbi Hacı Bəkr kimi göstərilib. Əl-Xəlifə 2014-cü ilin yanvar ayında Suriya üsyançıları ilə atışmada həlak olub. Amma buna qədər o, İŞİD-in mövqelərini yetərincə gücləndirib.

2010-cu ildə Hacı Bəkr və İraq kəşfiyyatının bir qrup zabiti Əbu-Bəkr əl-Baqdadini özlərinə lider olaraq seçiblər. Hacı Bəkr iki il qabaq şimali Suriyaya gedib və öz planının gerçəkləşdirilməsi üçün xarici döyüşçülər cəlbinə başlayıb.

İraqlı jurnalist Hişam əl-Haşimiinin əmisi oğlu Hacı Bəkrlə birlikdə döyüşüb. O, keçmiş zabiti dindar yox, milliyyətçi kimi tanınıb.

Mediainfo.az