
Ukrayna NATO-dan təhlükəsizliklə bağlı təminat istəyib
Ukrayna xarici işlər naziri Pavel Klimkin NATO-dan ölkəsi üçün təhlükəsizlik təminatı istəyib. Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, əks təqdirdə P. Klimkin Ukraynanın NATO-dan vaz keçmək məcburiyyətində qalacağını bildirib.
"Ukrayna alyansdan təminat ala bilməsə, başqa variantlar axtarmağa məcbur olacağıq", - deyə o vurğulayıb.
Mediainfo.az
Digər xəbərlər