
Erməni təşkilatının həbsdə olan rəhbəri aclıq elan edib
Ermənistanda "Təsis parlamenti" adlı ictimai təşkilatın rəhbərlərindən olan Gevork Safaryan ona qarşı qanunsuz əməllərə və siyasi repressiyalara etiraz əlaməti olaraq aclıq elan edib.
Xatırladaq ki, G. Safaryan hazırda həbsdədir. Onun barəsində təşkilatın 4 üzvü ilə birlikdə kütləvi iğtişaş hazırlamaq ittihamı ilə 2 ay müddətinə həbs tədbiri seçilib. Hüquq müdafiəçilərinin müşahidə qrupu G. Safaryana baş çəkib. Onun aclıq edən məhbuslar üçün nərədə tutulan kameraya köçürüldüyü bildirilib.
Mediainfo.az
Digər xəbərlər