Rusiya prezidenti: “Nemtsovun qətli faciə və biabırçı haldır”

Rusiya prezidenti: “Nemtsovun qətli faciə və biabırçı haldır”

16 Aprel 2015 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Boris Nemtsovun qətli faciəvi və biabırçı haldır".

Apa-nın məlumatına görə, bunu Rusiya telekanallarının canlı yayımında Rusiya prezidenti müxalifətçi İrina Xakamadanın sualını cavablandırarkən deyib.

Rusiya xüsusi xidmət orqanlarının Nemtsovun qatilinin axtarılıb-tapılması istiqamətində yaxşı işlədiyini deyən Putin qətlin icraçılarının kimliyinin bir gün sonra məlum olduğunu bildirib. Qətlin sifarişçilərinin olub-olmamasına gəldikdə isə Rusiya prezidenti qeyd edib ki, buna istintaq zamanı aydınlıq gətiriləcək.

Putin onu da əlavə edib ki, Nemtsov ona qarşı qatı müxalif mövqedə dayansa da, aralarındakı münasibətlər xoş niyyətli olub.

Mediainfo.az