
İŞİD-ə qoşulan model öldürüldü (FOTO)
Gənc oğlan Suriyada qətlə yetirilib
Terrorçu təşkilat İŞİD-a qatılan model qətlə yetirilib. ANS-in məlumatına görə, avstraliyalı keçmiş model Şarki Jamanın Suriyada öldürüldüyü bəlli olub.
Avstraliya mətbuatının məlumatına görə, model İŞİD-ın nəzarətində olan Fəllucada yaşayıb.
Somali əsilli modelin atası Dada Jama da oğlunun odlu silahla qətlə yetirildiyini təsdiqləyib.
Dada Jama oğlunun ötən il İŞİD-ə qatıldığını deyib. Onun sözlərinə görə, ölüm xəbərini isə ona oğlunun dostları telefon vasitəsilə çatdırıblar.
Qeyd edək ki, Şarki Jama terror təşkilatına qatılmadan öncə Melbrunda modelliklə məşğul olub.
Mediainfo.az
Digər xəbərlər