Mövlud Çavuşoğlu ABŞ-a gedəcək

Mövlud Çavuşoğlu ABŞ-a gedəcək

15 Aprel 2015 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin hökumət rəsmiləri aprelin 24-dən əvvəl Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcəklər.

Apa-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazirin müavini Əli Babacanın ABŞ-a səfəri planlaşdırılıb. Mövlud Çavuşoğlunun ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşməsi planlaşdırılır.

Səfərin əsas məqsədi prezident Barak Obamanın qondarma erməni "soyqırımı" ilə bağlı ənənəvi çıxışında "soyqırımı" ifadəsinə yer verməməsinə nail olmaqdır. İki dövlət rəsmilərinin görüşlərində bu məsələ müzakirə olunacaq, Türkiyə tərəfi "soyqırımı" sözündən istifadə ediləcəyi təqdirdə ortaya çıxacaq narahatlıqları dilə gətirəcək.

Mediainfo.az