Brayza: "Azərbaycanın daha ABŞ-ın yardımına ehtiyacı yoxdur"

Brayza: "Azərbaycanın daha ABŞ-ın yardımına ehtiyacı yoxdur"

15 Aprel 2015 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan iqtisadiyyatı son illərdə xeyli inkişaf edib və daha bu ölkənin ABŞ-ın maliyyə dəstəyinə ehtiyacı yoxdur.

Bunu "Trend"-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallin Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

O deyib: "Sovet İttifaqının süqutundan sonra ABŞ-ın göstərdiyi maliyyə yardımı daimi olmamalıdır. Bu vəsaitlər ölkələrin sovet sistemindən beynəlxalq sistemə keçməsinə yardım olunması üçündür. Azərbaycan bunu edib, artıq köməyə ehtiyacı yoxdur".

O bildirib ki, dünyada ABŞ və amerikalıları təhdid edən böyük humanitar problemlər var: "Mən deməzdim ki, ABŞ üçün Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyəti prioritetliyini itirib, sadəcə problemlər çoxdur, maliyyə vəsaiti isə məhduddur".

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills dünənki açıqlamasında ölkəsinin Ermənistanla Azərbaycanın barışmasına yönəlik maliyyəni azaldacağını bildirmişdi.

Mediainfo.az