Kəmaləddin Heydərov BƏƏ-nin Azərbaycandakı səfirini qəbul edib

Kəmaləddin Heydərov BƏƏ-nin Azərbaycandakı səfirini qəbul edib

14 Aprel 2015 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Heydərov iki dost ölkənin müvafiq qurumlarının fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnunluğunu ifadə etmiş, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli Azərbaycanla BƏƏ arasında fövqəladə halların idarə edilməsi sahəsində əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.

K. Heydərov Salem Xalifa Mohamed Əl-Ğafliyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Mediainfo.az