Sergey Narışkin : “ABŞ-ın özündən razılığı beynəlxalq təhlükəsizliyin balansını pozub”

Sergey Narışkin : “ABŞ-ın özündən razılığı beynəlxalq təhlükəsizliyin balansını pozub”

13 Aprel 2015 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

"ABŞ-ın özündən razılığı və problemlərin bilməməsinin sintezi ilə açıq-aşkar böhtan beynəlxalq institutlar sistemində, o cümlədən təhlükəsizlik sahəsindəki balansın pozulmasına gətirib çıxarıb".

Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edib.

O bildirib ki, artıq bu proses Yaxın və Orta Şərqdə, habelə dünyanın digər regionlarında faciələrə səbəb olub. "Nəticədə dünya böhranlı duruma düşdü", - deyə S. Narışkin qeyd edib.

Spiker həmçinin əlavə edib ki, Rusiyanın fikri ilə hesablaşmamaq cəhdləri faydasızdır.

Mediainfo.az