Kəmaləddin Heydərov ABŞ səfirini qəbul edib - FOTO

Kəmaləddin Heydərov ABŞ səfirini qəbul edib - FOTO

10 Aprel 2015 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov aprelin 10-da ABŞ-in Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

FHN mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, K. Heydərov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, ötən illər ərzində FHN-lə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.

Öz növbəsində, səfir ölkələrimiz arasında fövqəladə hallarla mübarizə sahəsində aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mediainfo.az