Ukraynanın baş prokuroru: “Nümayişçilərə atəş açmaq əmrini Yanukoviç verib”

Ukraynanın baş prokuroru: “Nümayişçilərə atəş açmaq əmrini Yanukoviç verib”

10 Aprel 2015 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bunu Ukraynanın baş prokuroru Viktor Şokin "lb.ua" saytına müsahibəsində deyib. Baş prokuror əmrin şifahi və ya yazılı verilməsinin əhəmiyyət daşımadığını söyləyib: "Viktor Yanukoviçin rəhbərliyi ilə cinayətkar qruplaşmanın fəaliyyət göstərdiyini nəzərə alsaq, onda əmrlərin hansı formada, hansı şəkildə verilməsi və icraçıların kimlər olması o qədər də əhəmiyyətli deyil".

V. Şokin hazırda müstəntiqlərin Yanukoviçin cinayətkar dəstəsi haqda geniş təhqiqat apardığını söyləyib.

Mediainfo.az