Xorvatiya prezidenti Moskvada keçiriləcək tədbirdə iştirakdan imtina edib

Xorvatiya prezidenti Moskvada keçiriləcək tədbirdə iştirakdan imtina edib

10 Aprel 2015 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Moskvada qələbənin 70 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirakdan imtina edən Avropa liderlərinin sırasına qoşulub.

Bu barədə Xorvatiyanın XİNA agentliyi məlumat yayıb. Zaqreb tədbirlərdə ölkənin Moskvadakı səfiri İqor Pokaz tərəfindən təmsil olunacaq.

Xatırladaq ki, daha əvvəl Almaniya, Böyük Britaniya, Niderland, Fransa, İsveç, Polşa, Litva, Latviya, Estoniya, Finlandiya, Avstriya, Bolqarıstan, Monteneqro, İsrail, Moldova liderləri Moskvadakı qələbə paradına qatılmaqdan imtina etmişdilər. Aİ-nın rəhbərliyi də tədbirlərə qatılmayacaq.

Mediainfo.az