
İŞİD 200 əsiri azad etdi
İŞİD terrorçuları əsir aldıqları iki yüzdən çox yezidi kürdünü azad ediblər.
Şimali İraqda, Kərkük şəhərində kürd peşmərgə komandiri Hiva Abdullah faktı təsdiq edib. Qrupda, yaşlıların, qadın və uşaqların olduğunu bildirən Abdullah, sərbəst buraxılan şəxslərin sağlamlıq vəziyyətinin yaxşı olmadığını vurğulayıb. Onun sözlərinə görə, əsirlər istismara məruz qalıblar.
Sərbəst buraxılan 40 uşaq müalicə üçün Ərbilə göndərilib. Onlar keçən ilin yazında Şimali İraqda, Sincar dağında əsir düşmüşdülər. Yüzlərlə qadın isə İŞİD üzvlərinə satılaraq kölə vəziyyətinə salınmışdı.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissarlığının mart ayındakı hesabatında bildirilirdi ki, İŞİD yezidi kürdlərini bütünlüklə yox etməkdə qərarlıdır.
Mediainfo.az
Digər xəbərlər