Ekspertiza 7 ermənini güllələyən əsgər haqda qərarını açıqladı

Ekspertiza 7 ermənini güllələyən əsgər haqda qərarını açıqladı

9 Aprel 2015 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Psixiatrik ekspertiza Ermənistanda 7 nəfərlik ailənin qətlində ittiham olunan rusiyalı hərbçi Valeri Permyakovun cinayət vaxtı anlaqlı vəziyyətdə olduğunu müəyyən edib.

Trend-in verdiyi məlumata görə, bu barədə məlumatlı mənbə bildirib.

"İstintaqın tapşırığı ilə aparılan psixiatrik ekspertiza nəticəsində V.Permyakovun psixi cəhətdən sağlam olduğu qənaətinə gəlinib. O, cinayət vaxtı öz hərəkətlərini tamamilə dərk edib", - deyə agentliyin müsahibi qeyd edib.

Onun sözlərinə görə, ekspertiza stasionar şəkildə Gümrüdəki Rusiya hərbi bazasında aparılıb: "Ekspertlər bəzi psixi pozuntular müəyyən ediblər, lakin bütövlükdə Permyakov psixi cəhətdən sağlam olaraq qiymətləndirilib. Hazırda ona qarşı yekun ittihamlar irəli sürmək və məhkəməyə yönəltmək üçün bütün əsaslar var".

Mediainfo.az