
Boris Nemtsova heykəl qoyulacaq
Rusiyada müxalifətçilər Moskva merindən qətlə yetirilmiş siyasətçi Boris Nemtsova heykəl qoyulmasını xahiş ediblər. Apa -nın TASS-a istinadən verdiyi məlumata görə, artıq müvafiq sənəd paytaxt meriyasına göndərilib.
Sənədi "RPR-Parnas" partiyasının həmsədri Mixail Kasyanov, partiyanın Siyasi Şurasının üzvü İlya Yaşin, Moskva meri postuna keçmiş namizəd Aleksey Navalnı və digər fəallar imzalayıblar.
Qeyd edək ki, bu gün Moskvanın mərkəzində B. Nemtsovun xatirəsinin yad edilməsi məqsədi ilə aksiya keçirilib.
Mediainfo.az
Digər xəbərlər