Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər

6 Aprel 2015 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Apa-nın TASS-a istinadən verdiyi məlumata görə, aprelin 7-8-də Moskvaya səfər edəcək Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə iki ölkə arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq, xarici siyasətin koordinasiyası, BMT, ATƏT, QİƏT, o cümlədən Rusiyanın ATƏT-in Minsk Qrupu öhdəçiliyi əsasında Dağlıq Qarabağmünaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparılacaq.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E. Nalbandyanın Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü də nəzərdə tutulub.

Mediiainfo.az