Konsul Yəməndəki azərbaycanlıların taleyi ilə bağlı məlumat verdi

Konsul Yəməndəki azərbaycanlıların taleyi ilə bağlı məlumat verdi

3 Aprel 2015 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən təxliyyə olunub. Bu barədə Apa-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eyni zamanda Yəməndə də akkreditə olunmuş səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.

Konsul bildirib ki, Moskvaya yola salınan şəxslər Cəfərov Rüstəm və onun həyat yoldaşı Marina Valerinadır: "Digər 7 nəfər azərbaycanlı isə Sana şəhər aeroportunda gözləyir. Onların da bu gün ya Rusiya, ya da Türkiyə vasitəsiilə təxliyə olunacaqları gözlənilir. Səfirlik prosesi daim diqqətdə saxlayır".

E. Qurbanov deyib ki, 9 nəfərdən başqa Yəməndən çıxmaq üçün müraciət edən yoxdur.

Mediainfo.az