Dubay əmiri Azərbaycana gəlir

Dubay əmiri Azərbaycana gəlir

1 Aprel 2015 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Seyx Muhammed Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Səfər zamanı Seyx Muhammed Bin Rəşid əl-Maktumu kabinet işləri, iqtisadiyyat, xarici işlər üzrə dövlət naziri və digər yüksək rütbəli şəxslər müşayiət edəcək.

İki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.

Mediainfo.az