Nikolya Sarkozinin ittifaqı seçkidə qalib gəlir

Nikolya Sarkozinin ittifaqı seçkidə qalib gəlir

30 Mart 2015 00:20
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın sabiq prezidenti Nikolya Sarkozinin rəhbərlik etdiyi "Xalq hərəkatı ittifaqı" ölkədə keçirilən yerli seçkilərin ikinci turunda böyük fərqlə qalib gəlir.

Apa-nın BBC-yə istinadən verdiyi məlumata görə, ekzit-polların nəticələrinə əsasən, Sarkozinin partiyası 60 yerli məclisdə qələbə qazanıb. Hazırkı dövlət başçısı Fransua Ollandın Sosialist partiyası isı 30 məclisdə mövqeyini itirib.

Qeyd olunur ki, bölgə məclislərinə keçirilən seçkilərin nəticələri Fransada 2017-ci ildə baş tutacaq prezident seçkilərinə təsir edə bilər.

Mediainfo.az