
Aprelin 20-dən sonra Putin Ermənistana səfər edəcək
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri aprelin 20-dən sonra baş tuta bilər.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hazırda səfərin tarixinin müəyyənləşdirildiyini bildirib. "Həqiqətən də səfərlə bağlı məsələ gündəlikdədir. Səfər hazırlanır və müzakirə olunur", - deyə o vurğulayıb. Peskov bildirib ki, səfərin vaxtı təsdiqlənən kimi ictimaiyyətə əlavə məlumat veriləcək.
Mediainfo.az
Digər xəbərlər