Elmar Məmmədyarov “Azadlıq Radiosu”nun rəsmisi ilə görüşüb

Elmar Məmmədyarov “Azadlıq Radiosu”nun rəsmisi ilə görüşüb

13 Mart 2015 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Görüşdə ABŞ-ın Bakıdakı səfiri və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini də iştirak edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefri Trimbli və "Azadlıq Radiosu"nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun qatıldığı nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Apa -ya verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və "Azadlıq Radiosu"nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.

ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.

Mediainfo.az