Artur Rasizadə Pakistan prezidenti ilə görüşüb

Artur Rasizadə Pakistan prezidenti ilə görüşüb

12 Mart 2015 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Pakistan prezidenti Məmnun Hüseynlə görüşüb.

apa-nın məlumatına görə, ikitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Pakistanın daim Azərbaycanı dəstəklədiyi vurğulanıb.

Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığa dair mühüm müqavilələrin imzalandığı qeyd edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da inkişaf etməsinə səbəb olduğu bildirilib.

Sonra A. Rasizadənin adından Pakistan prezidentinin şərəfinə ziyafət verilib.

Mediainfo.az