
Şəmsəddin Hacıyev yeni vəzifədə
Millət vəkili Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının sədri seçilib. Məlumata görə, bu barədə rayon təşkilatının bu gün keçirilən iclasında qərar verilib. Məlumatı YAP-ın Səbail Rayon Təşkilatından təsdiqləyiblər.
Qeyd edək ki, təşkilatın keçmiş sədri Zahid Qaralov bir neçə ay öncə dünyasını dəyişmişdi. Ş. Hacıyev eyni zamanda Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri vəzifəsində çalışır. O uzun illər Dövlət İqtisad Universitetinə rəhbərlik edib.
Mediainfo.az
Digər xəbərlər