"Boris Nemtsovun qatili Zaur Dadayev deyil"

"Boris Nemtsovun qatili Zaur Dadayev deyil"

11 Mart 2015 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Boris Nemtsovun qatili Zaur Dadayev deyil, Ruslan adlı mayordur". Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın "Novaya qazeta" nəşri xəbər yayıb.

Qəzet yazır ki, ötən həftənin sonunda hüquq-mühafizə orqanları prezident V Putinə Ruslan adlı şəxs haqqında məruzə ediblər: "Bundan başqa, qətlin təşkilatçıları və icraçılarının adları prezidentə təqdim olunub. Qatil heç də Dadayev deyil".

Nəşr bildirir ki, Ruslanın kimliyi DİN, FTX və İstintaq Komitəsinə məlumdur: "Onun soyadı bizə də məlumdur, lakin təqsirsizlik prezumpsiyası baxımından onu yazmırıq".

Qəzet Ruslanın da Z. Dadayev kimi Çeçenistandakı "Şimal" batalyonunda qulluq etdiyini yazıb: "O, dəfələrlə mükafatlandırılıb".

Qeyd olunub ki, Ruslan son vaxtlar Moskvaya köçüb.

Mediainfo.az