Zakir Həsənov: "Ermənistan sabitliyə əsas təhlükədir"

Zakir Həsənov: "Ermənistan sabitliyə əsas təhlükədir"

11 Mart 2015 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Xorvatiyada rəsmi səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Xorvatiyanın xarici işlər nazirinin birinci müavini Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
General-polkovnik Z. Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsindəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasını diqqətə çatdırıb.
Xorvatiyanın İqtisadiyyat Palatasında olan müdafiə naziri general-polkovnik Z. Həsənov Palatanın sədri Luka Buriloviçlə görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Sonra Müdafiə nazirinə Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş prezentasiyalar təqdim olunub.
Səfər davam edir.

Mediainfo.az