Yens Stoltenberq: “Rusiyanın Müqavilədən çıxmasından məyusuq”

Yens Stoltenberq: “Rusiyanın Müqavilədən çıxmasından məyusuq”

11 Mart 2015 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiyanın Avropada adi silahlar haqqında Müqavilə üzrə birgə məşvərət qrupundan çıxmaq qərarından məyusuq".

Apa-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinqdə bəyan edib.

O bildirib ki, silahların azaldılması üzrə məsləhətləşmələrin aparılması vacibdir.

Moskvada isə növbəti dəfə Avropada adi silahlara nəzarət üzrə yeni sazişin hazırlanması ilə bağlı danışıqlara hazır olduqlarını bəyan ediblər. Rusiya XİN-nin silahların yayılmaması və nəzarət departamentinin direktoru Mixail Ulyanov bildirib ki, Moskvanın Avropada adi silahlar haqqında Müqavilədən çıxması Avropadakı hərbi-siyasi landşafta təsir etməyəcək.

Mediainfo.az