
İŞİD 9 əcnəbini oğurladı
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının döyüşçüləri Liviyada 9 xarici vətəndaşı qaçırıb.
Mediainfo.az xarici mediaya istinadən xəbər verir ki, qaçırılanlardan Avstriya, Banqaldeş, Çexiya, Qana və 4-ü Flippin vətəndaşıdır. Əsir götürülənlərdən birinin şəxsiyyəti isə hələlik dəqiqləşdirilməyib. Bu şəxslərin Liviyada "Value Added Oilfield Services" (VAOS) adlı neft şirkətində işlədiyi bildirilib.
Şirkət isə yayılan məlumatları təkzib edib.
Mediainfo.az
Digər xəbərlər