“Ergenekon" cinayətində təqsirləndirilən şəxs Türkiyəyə qayıdıb

“Ergenekon" cinayətində təqsirləndirilən şəxs Türkiyəyə qayıdıb

10 Mart 2015 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə "Ergenekon davası" kimi tanınan cinayət işi üzrə təqsirləndirilən və barəsində axtarış elan olunan Yedditəpə Universitetinin qurucusu Bədrəddin Dalan İstanbula qayıdıb.

Bu, B.Dalan barəsində həbs qərarının ləğvindən sonra mümkün olub.

O, "Lufthansa Hava Yolları"na aid təyyarə ilə Frankfurtdan İstanbula gəlib. Atatürk Hava Limanında onu yaxınları qarşılayıb.

Mediainfo.az