Aleksandr Verşbov : “Nemtsovun qətli Ukrayna hadisələri ilə bağlıdır”

Aleksandr Verşbov : “Nemtsovun qətli Ukrayna hadisələri ilə bağlıdır”

6 Mart 2015 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətli Ukrayna hadisələri ilə bağlıdır.

BBC xəbər verir ki, bunu NATO baş katibinin müavini Aleksandr Verşbov bəyan edib.

Onun sözlərinə görə, müxalifətçi ilk növbədə Moskvanın Ukraynanın şərqində münaqişədə hərbi iştirakının əleyhdarı olub: "Prezident Putinin məqsədi, deyəsən, Rusiya Maydanının peyda olmasının qarşısını almaq üçün Ukraynanı zəiflətmək və Rusiyada alternativ fikirləri boğmaqdan ibarətdir. Ötən həftə Boris Nemtsovun dəhşətli qətlindən sonra biz görürük ki, qurbanlar tək Ukraynanın şərqində deyil. Çaxmağı kimin çəkdiyini bilməsək də, biz anlayırıq ki, Boris Nemtsov demokratiya müdafiəçisi və Rusiyanın Ukrayna hadisələrinə qarışmasının əleyhdarı – yəni rəsmi Rusiya təbliğatı tərəfindən "satqın" və "beşinci kolon" adlandırılanlardan biri olub".

Mediainfo.az