ABŞ səfiri Əli Həsənovla görüşüb

ABŞ səfiri Əli Həsənovla görüşüb

4 Mart 2015 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı yeni səfiri Robert Sekuta baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.

Səfirlikdən bildirilib ki, görüş zamanı qaçqın və məcburi köçkünlərin vəziyyəti, ABŞ-ın humanitar yardım layihələri müzakirə edilib.

Xatırladaq ki, ABŞ Senatının təsdiqi ilə Robert Frensis Sekuta 2014-cü il dekabrın 17-də Azərbaycana səfir təyin edilib.

Mediainfo.az