
Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun martın 1-dən Azərbaycana səfəri başlayıb.
Səfər çərçivəsində onların MM-in spikeri Oqtay Əsədov, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, baş prokuror, ədliyyə naziri media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü olacaq.
Avropa Şuraının Bakıdakı ofisinin təşkilatçılığı ilə həmməruzəçiləri parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər. Səfər martın 4-də başa çatacaq.
Mediainfo.az
Digər xəbərlər