Boris Nemtsovu qətlə yetirən killer “VAZ 21102” avtomobili ilə qaçıb

Boris Nemtsovu qətlə yetirən killer “VAZ 21102” avtomobili ilə qaçıb

2 Mart 2015 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən killer "VAZ 21102" markalı avtomobillə hadisə yerindən qaçıb.

Apa-nın xəbərinə görə, bu barədə Kremlə yaxın "LifeNews" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Hazırda Moskvanın bütün polis bölmələri və postları bu avtomobilin axtarışına cəlb olunub. Avtomobilin Şimali Osetiya nömrəsi daşıdığı, lakin 2011-ci ildə qeydiyyatdan çıxarıldığı bildirilir. Avtomobilin keçmiş sahibi müəyyənləşdirilib. O, Vladiqafqazda yaşayır.

Mediainfo.az