
Millət vəkilləri Xocalı faciəsi ilə əlaqədar keçiriləcək tədbirlərə yollanacaqlar
Milli Məclisin deputatları Xanlar Fətiyev, Siyavuş Novruzov və Rauf Əliyev Berlində fəaliyyət göstərən "Azərbaycan Evi" Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 25-dən martın 2-dək Almaniyada səfərdə olacaqlar.
Deputatlar Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı durumu, torpaqların işğalı və Xocalı soyqırımı haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıracaqlar.
Digər deputatlar Aydın Mirzəzadə, Azər Badamov və Rüfət Quliyev fevralın 27-dən martın 2-dək Tacikistana səfər edəcəklər. Onlar bu ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün MDB Parlament Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə paytaxt Düşənbənin bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, yeni seçki texnologiyalarının tətbiqi ilə maraqlanacaqlar.
Mediainfo.az