Bu gün Qazaxıstan prezidentinin inauqurasiyası keçirildi

Bu gün Qazaxıstan prezidentinin inauqurasiyası keçirildi

8 Aprel 2011 12:39
Bəyəndim (0) Bəyənmədim (0)
Qazaxıstan siyasi mədəniyyətini artırmalıdır



/ИТАР-ТАСС/ Qazaxıstan prezidentinin Astanadakı andiçmə mərasiminə istinadən bildirir ki, Müstəqillik sarayında baş tutmuş tədbirdə çıxış edən Nursultan Nazarbayev ölkədə demikratiyanın bundan sonra da davam etdiriləcəyini bəyan edib. Prezident bugünkü tədbirdə deyib: "Biz seçki prosesinin təkmilləşdirilməsi üçün parlamentin səlahiyyətlərinin, hökumətin məsuliyyətinin artırılması yolunda köklü dəyişikliklər etməliyik." Prezidentin fikrincə, Qazaxıstan siyasi mədəniyyətini artırmalıdır. Həmçinin regionların səlahiyyətini artırmaq üçün balanslaşdırılmış qərarlar verilməlidir. O, ilk dəfə qara piarsız baş tutmuş seçkilərin sakit tərzdə keçməyindən razılıq bildirib.

Prezident ölkədə korrupsiyaya qarşı tədbirlərin gücləndiriləcəyinə də söz verib.

O.M.