əl-Bağdadinin iki qohumu tutuldu

əl-Bağdadinin iki qohumu tutuldu

16 Fevral 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

İŞİD lideri Əbubəkr əl-Bağdadinin iki qohumu Bağdadda ələ keçib.

Məlumata görə, tutulanlardan birinin Bağdadinin əmisi olduğu qeyd olunub. İraqda tutulan hər iki nəfərin həmçinin İŞİD terror təşkilatının komandirləri olduğu bildirilib.

Hadisəni televiziya vasitəsilə bəyan edən İraq hökuməti əməliyyatın bazar günü baş tutduğunu bildirib. Adı açıqlanmayan İraq rəsmisi deyib: "Bağdadinin əmisi Saleh İbrahim Əbdülmömin və yeznəsi Dhiya Nuri Sadun tutulub. Tutulanlar həm də İŞİD-in komandirləridir".

Mediainfo.az