Xİ naziri: “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların nəticəsi yoxdur”
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda səfərdədir.
Apa-nən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib ki, həmsədrlərin regiona növbəti səfəri başlayıb: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların nəticəsi yoxdur. Bu gün saat 17:00-da həmsədrlərlə görüşəcəyik. Ondan sonra açıqlama verə biləcəyik ki, onlar hansı təklif və fikirlərlə regiona gəliblər".
Sabah həmsədrlər Ermənistan səfər edəcəklər. Onların işğal altındakı Dağlıq Qarabağa da gedəcəyi gözlənilir.
Mediainfo.az
Digər xəbərlər