Suriyada döyüşən daha bir nəfər tutulub

Suriyada döyüşən daha bir nəfər tutulub

10 Fevral 2015 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən daha bir Azərbaycan vətəndaşı həbs edilib. Apa-nın məlumatına görə, MTN-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zərdab rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Rövşən Baba oğlu saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən 26 nəfər MTN əməkdaşları tərəfindən tutulub.

Mediainfo.az