
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhenə gedəcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhendə "altılıq" ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. APA-nıın "Press TV"yə istinadən verdiyi məlumata görə, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya və ABŞ nümayəndələri ilə danışıqlar zamanı İranın nüvə proqramı məsələsi müzakirə olunacaq.
Xatırladaq ki, 2013-cü ilin noyabrında Cenevrədə tərəflər İranın nüvə proqramının dinc xarakterli olmasını təmin edən sənədin hazırlanması barədə razılığa gəliblər. Bir il keçsə də, hələlik belə bir sənəd hazırlanmayıb. Danışıqların 2015-ci il iyun ayının sonunadək uzadılması haqda qərar qəbul olunub.
Mediainfo.az
Digər xəbərlər