Lukaşenko: “Belarus Avrasiya İttifaqından çıxa bilər”

Lukaşenko: “Belarus Avrasiya İttifaqından çıxa bilər”

29 Yanvar 2015 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə edilən razılaşmalara əməl olunmadığı halda Belarus bu təşkilatdan çıxmaq hüququnu saxlayır. Apa-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi mətbuat konfransında bəyan edib.

A. Lukaşenko bildirib ki, Belarus təşkilata şərtlərlə daxil olub. Onun fikrincə, Avrasiya İqtisadi İttifaqının yaradılmasına aparan yol o qədər də asan olmayacaq: "Biz bu institutu bir neçə ildir yaradırıq və iqtisadiyyatda dərhal hər şeyin qaydasına düşməsini istəmək düzgün deyil. Bu yol o qədər də asan deyil".

A. Lukaşenko həmçinin qeyd edib ki, Ukrayna 1000 kubmetr Rusiya qazı üçün təxminən 400 dollar ödədiyi halda, Belarus Rusiya ilə sıx münasibətlərə görə 134 dollar ödəyir. "Biz Avrasiya İqtisadi Birliyi çərçivəsində açılan imkanlardan yararlanmalıyıq", - deyə Belarus prezidenti qeyd edib.

Mediainfo.az