Ticarətçilər yenə də İrəvan küçələrində

Ticarətçilər yenə də İrəvan küçələrində

29 Yanvar 2015 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ermənistan paytaxtında mindən çox ticarətçi Hökumət Evinin qarşısında keçirilən növbəti etiraz aksiyasına toplaşıb.

"Kavkazskiy uzel"in məlumatına görə, "Dövriyyə vergisi haqqında" qanuna etiraz edən nümayişçilər hökumət binasından çıxan məmurları fitə basaraq, onların "adi vəzifənin öhdəsindən gəlmədiklərini" deyiblər. Aksiyada "Qərarı ləğv edin!", "Tətil" və "Biabırçılıq" kimi şüarlar səsləndirilib.

Nümayiş iştirakçılarından Samson Qriqoryan çıxış edərək, "Dövriyyə vergisi haqqında" qanuna düzəlişlərin kiçik biznesi məhv etməyə yönəldiyini qeyd edib. O vurğulayıb ki, sahibkarlar öz mübarizələrinə son verməyəcəklər. Aksiyada maliyyə naziri Qaqik Xaçatryanın da istefası tələb olunub.

Bir neçə aksiya iştirakçısı hökumət binasına soxulmağa çalışıb, lakin buna müvəffəq olmayıblar.

Təşkilatçılar bildirib ki, onların aksiyasına dəstək vermək üçün çoxlu sayda Gümrü sakini də artıq İrəvana yola düşüb.

Mediainfo.az