AŞPA-nın yeni həmməruzəçi təyin edilib

AŞPA-nın yeni həmməruzəçi təyin edilib

29 Yanvar 2015 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib və Azərbaycanla bağlı qərar qəbul olunub.

APA-nın Avropa müxbiri xəbər verir ki, toplantıda polşalı parlamentar Tadeuş İvinski Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. T. İvinski AŞPA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir. Qeyd edək ki, T. İvinski bu vəzifədə Jozef Debono Qrexi əvəzləyib. Jozef Debono Qrexin bu vəzifədə səlahiyyət müddəti ötən ilin noyabrında başa çatıb.

Mediainfo.az