Elmar Məmmədyarov həmkarları ilə görüşmək üçün Türkmənistana yola düşüb

Elmar Məmmədyarov həmkarları ilə görüşmək üçün Türkmənistana yola düşüb

29 Yanvar 2015 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Türkmənistana yola düşüb.

Xatırladaq ki, bundan öncəki görüş 2014-cü ilin 26 may tarixində Bakıda keçirilib. Bakı görüşündə regional layihələr, eləcə də enerji sahəsində əməkdaşlıq və enerji marşrutları müzakirə edilib.

Mediainfo.az