Pakistan rəsmisi azərbaycanlı səfirin şərəfinə ziyafət verib

Pakistan rəsmisi azərbaycanlı səfirin şərəfinə ziyafət verib

28 Yanvar 2015 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan İslam Respublikasının Senatı sədrinin vəzifəsini icra edən Sabir Əli Bəluc Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun şərəfinə ziyafət verib. Tədbirdə senatorlar Rafiq Racvana, Yousaf Badini, Seyfulla Maqsi, Xalidə Pərvin, habelə Milli Assambleyanın üzvləri, Pakistanda akkreditə olunmuş bir sıra ölkələrin səfirliklərinin nümayəndələri və tanınmış siyasi xadimlər iştirak ediblər.

S. Bəluc iki ölkə arasında münasibətlərin səmimi dostluğa söykəndiyini qeyd edərək onların bütün sahələrdə inkişaf etdiyini bildirib. O, Pakistan Senatında Ermənistan-Azərbaycan münaqişəsinə dair iki qətnamənin qəbul edildiyini deyib. S. Bəluc Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə həyata keçirilən humanitar layihələrə görə minnətdarlığını bildirib, bu nəcib missiyanın Pakistan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirdiyini vurğulayıb.

Səfir D. Şikarov isə iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən danışıb. O, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla, bütün məsələlərdə Pakistanın ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

D. Şikarov həmçinin Azərbaycanda aparılan islahatlar, ölkəmizin əldə etdiyi nailiyyətlər və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər barədə məlumat verib.

Mediainfo.az