Avropa İttifaqı ölkələrinin liderləri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

Avropa İttifaqı ölkələrinin liderləri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

27 Yanvar 2015 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı ölkələrinin liderləri Xarici İşlər Nazirləri Şurasından Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirməyi xahiş edib.

APA-nın "Frans Press"ə istinadən verdiyi məlumata görə, yeni sanksiyaların qəbulunun zəruriliyinin Ukraynanın şərqindəki vəziyyətin gərginləşməsi ilə bağlı olduğunu qeyd edilir.

Avropa İttifaqı ölkələrinin liderləri xarici siyasət idarələrinin rəhbərlərinə vəziyyəti dəyərləndirməyi və sanksiyalar daxil olmaqla, istənilən müvafiq tədbirlər görməyi təklif ediblər.

Mediainfo.az