Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət

Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət

26 Yanvar 2015 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib. Apa-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bəyan edib.

O əlavə edib ki, Ukraynanın digər regionlarında yüksək hazırlıq rejimi tətbiq olunub. "Xahiş edirəm, fövqəladə vəziyyət yaxud da hərbi vəziyyətlə səhv salmayın. Bu cür qərarları parlament qəbul edir", - deyə o vurğulayıb.

A. Yatsenyuk qeyd edib ki, müvafiq tədbirlərin məqsədi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hakimiyyət orqanlarının fəaliyyətinin tam koordinasiyasıdır.

Mediainfo.az