İran Xİ naziri bu gün Ermənistana gələcək

İran Xİ naziri bu gün Ermənistana gələcək

26 Yanvar 2015 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ermənistana səfər edəcək. Apa-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-nin yaydığı məlumatda deyilir.

İkigünlük səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında reallaşacaq.

Səfər çərçivəsində iranlı nazirin Ermənistan prezidenti S.Sarkisyan, parlament spikeri Q.Saakyan və baş nazir Ovik Abramyanla görüşlər keçirəcəyi gözlənilir.

Ermənistan və İran xarici işlər nazirləri arasında danışıqlar yanvarın 27-də baş tutacaq.

Mediainfo.az