Tahir Əliyev: “Kəşfiyyat məlumatları ermənilərə ötürülmüşdü”

Tahir Əliyev: “Kəşfiyyat məlumatları ermənilərə ötürülmüşdü”

26 Yanvar 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Daşaltı əməliyyatından 23 il ötür. Bu əməliyyatın gedişatında baş verən hadisələr bu gün də diqqət mərkəzindədir.

Teleqraf.com məsələ ilə bağlı keçmiş müdafiə və daxili işlər naziri, general-mayor Tahir Əliyevə müraciət etdi. O, sualları cavablandırarkən bildirdi ki, müdafiə naziri vəzifəsinə Tacəddin Mehdiyevdən sonra təyinat alıb: "O dövrdə Müdafiə Nazirliyinin adı var idi, amma özü yox idi. Ermənistan hərbi birləşmələri öz havadarlarının köməkliyi ilə bizim kəndləri işğal edirdilər. Əsas məqsəd də o idi ki, Azərbaycan MDB-yə daxil olsun. Azərbaycan isə bu birliyə qoşulmaqdan imtina edirdi. Yeltsin-Qraçov cütlüyü həm ermənipərəst idilər, həm də nəyin bahasına olursa-olsun, Azərbaycanın MDB-yə daxil olmasına çalışırdılar. Respublika rəhbərliyi və müdafiə naziri Tacəddin Mehdiyev hər hansı qələbəyə nail olmaq istəyirdilər. Təbii ki, bu qələbəni tək onlar deyil, bütün Azərbaycan istəyirdi. Buna görə də Daşaltıda əməliyyat keçirmək qərarına gəldilər. Bu qərar ondan qaynaqlanırdı ki, Daşaltıda qələbəyə nail olmaq çox asan idi. Çünki bu kənd Şuşadan aşağıda yerləşirdi və strateji üstünlüklər Azərbaycan tərəfində idi.

İndiyə qədər Daşaltı əməliyyatı ilə bağlı sual yaranır ki, necə oldu bu əməliyyat barədə ermənilər xəbər tutdular. Bu məlumatı o vaxtkı Rusiya kəşfiyyatı əldə edib ermənilərə ötürmüşdülər. Qeyd etdiyim kimi əsas məqsəd ondan ibarət idi ki, Azərbaycan məğlubiyyətə uğrasın və çıxılmaz vəziyyətdə qaldığı üçün məcburən MDB-yə daxil olsun".

Mediainfo.az