Nazirlərin görüşü keçiriləcək

Nazirlərin görüşü keçiriləcək

23 Yanvar 2015 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 29-da keçiriləcək.

Apa-nın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Elmar Məmmədyarov, Mövlüt Çavuşoğlu və Rəşid Meredovun budəfəki görüşü Türkmənistanda baş tutacaq.

Xatırladaq ki, bundan öncəki görüş 2014-cü ilin 26 may tarixində Bakıda keçirilib.

Bakı görüşündə regional layihələr, eləcə də enerji sahəsində əməkdaşlıq və enerji marşrutları müzakirə edilib.

Mediainfo.az