 
    
    Ermənistanda yürüş olacaq
Ermənilər bir ailənin 7 üzvünü qətlə yetirmiş rus hərbçisini tələb edir
        Yanvarın 26-da İrəvanda rusiyalı hərbçi Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçiriləcək.
Yürüş təşkilatçılarının yaydığı bəyanatda Ermənistan hakimiyyəti və Rusiya tərəfindən yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirmiş V. Permyakovun yerli hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələb olunur. Qeyd olunur ki, bu tələb Rusiyanın Ermənistandakı həbri bazası ilə bağlı müqavilənin 4-cü maddəsindən irəli gəlir. (apa)
Mediainfo.az
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    

















































































